Karyerasın başa vuran azərbaycanlı futbolçunun yeni iş yeri məlum oldu

14 Noyabr 2023 14:00 Azərbaycan Futbolu 976
Karyerasın başa vuran azərbaycanlı futbolçunun yeni iş yeri məlum oldu

Azərbaycanlı futbolçu Vüqar Bəybalayev peşəkar karyerasını başa vurub.

30 yaşlı yarımmüdafiəçi bu barədə "facebook" hesabında paylaşım edib.

Amma Vüqar bundan sonra da futbol sferasında çalışmağa davam edəcək.

Belə ki, arxa xətt oyunçusu seleksioner kimi fəaliyyət göstərməyə qərar verib.

Artıq onun yeni iş yeri də məlumdur.

Bəybalayev futbolçu kimi 3 il şərəfini qoruduğu “Səbail”də yeni iş həyatına start verib.

Vüqar Bəybalayev "Bakı"nın yetirməsidir. O, karyerası ərzində "Turan Tovuz", "Rəvan", "Xəzər Lənkəran", "Kəpəz", "Sumqayıt", "Səbail", "Televi" (Gürcüstan) və "Sumqayıt"da çıxış edib.

Orta xətt oyunçusu son olaraq I Liqa təmsilçisi "İrəvan"ın formasını geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 08:20 "Sabah" və "Şamaxı" sevindi
22 Sentyabr 03:10 "İmişli" birinci deyil
22 Sentyabr 03:00 Azərbaycan “HƏ” deyib?
22 Sentyabr 02:10 Qismətin qismətində olan