Bu legioner onu qovmayan çalışdırıcının dilini qısa elədi-– Patronun yanında

27 Yanvar 11:40 Kəpəz 1 728
Bu legioner onu qovmayan çalışdırıcının dilini qısa elədi-– Patronun yanında

Mate Kvirkviya «Kəpəz»də narahatlıq yaradıb.

Gürcüstanlı yarımmüdafiəçi «Turan Tovuz»la keçirilən matçda (2:1) etdiyi hərəkətlə Adil Şükürovu pis vəziyyətdə buraxıb.

80-ci dəqiqədə əvəzlənməsinə etiraz bildirən legioner nümayişkaranə surətdə bunun səbəbini baş məşqçidən soruşub.

O isə cavabında «arxaya çəkilmirsən, müdafiəçilərə kömək etmirsən» cavabı verib. Mate bu fikirlə razılaşmayıb, final fitinədək meydanda qalmalı olduğunu söyləyib.

Gürcünün davranışını görən komanda yoldaşlarının bir çoxu Şükürovun halına acıyıb. Bəs İlqar Nadiri?

Klubun İdarə Heyətinin sədri Kvirkiyanın burada qalmasının əleyhinədir. Öncə Azər Məmmədova, öncə Adil Şükürova təzyiq göstərsə də, nə əvvəlki, nə də indiki çalışdırıcı onun sözünə qulaq asıb.

Halbuki Nadiri Matenin kollektivdaxili ab-havanı pozmasına dair bir neçə fakt gətirib, onun faydasından çox, ziyanının olmasını əsaslandırmağa cəhd göstərib.

Bütün bunların heç biri onlara kar etməyib, indi də belə… Yəqin ki, Adil Şükürov bundan sonra heyət seçimi zamanı İlqar Nadirini dinləməli olacaq.

Gürcünün Qəbələdəki hərəkəti göstərdi ki, o, sədrin məsləhətlərini qulaqardına vurmaqla oturduğu ağacın budaqlarını kəsir.

Mate patronun yanında Şükürovun dilini qısa elədi. Hə də, klubun rəhbəri yeni baş məşqçiyə hansı yolla izah etsin ki, pir mənimdir, kəramətinə bələdəm?

Hər şey Qəbələdə göründü də…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!