Azərbaycanın iki tanınmış klubu üçün yer tapıldı - RƏSMİ

5 Yanvar 15:40 Kəpəz 1 623
Azərbaycanın iki tanınmış klubu üçün yer tapıldı - RƏSMİ

Premyer Liqanın 19-cu turu çərçivəsində keçiriləcək «Kəpəz» - «Turan Tovuz» qarşılaşmasının harada təşkil olunacağı bu gün dəqiqləşib.

Bu haqda Sportinfo.az-a Gəncə klubundan məlumat verilib.

Bildirilib ki, qərb derbisi Qəbələdə baş tutacaq.

Bu təşəbbüs «Kəpəz»dən gəlib və Peşəkar Futbol Liqası onların qaldırdığı təkliflə razılaşıb.

Bilindiyi kimi, Gəncə klubu 2 aya yaxındır doğma şəhərdən uzaq düşüb.

Şəhər stadionunun təmirə bağlanmasıyla əlaqədar. «Turan» qonşu şəhərin təmsilçisinə öz qapılarını açıb. Cüzi məbləğ qarşılığında.

Derbi bir başqa mahiyyət daşıyır. «Kəpəz»in baş məşqçisi Adil Şükürov fikirləşib ki, oyun Tovuzda təşkil olunsa, yerli publika stadiona axın edəcək.

Halbuki nominal ev sahibi onlardır. Bu və digər amilləri nəzərə alan baş məşqçi rəhbərlikdən yanvarın 21-dəki görüş yerinin Tovuzdan Qəbələyə dəyişdirilməsini istəyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti