Ramiz Məmmədov “Neftçi”nin 2 “hədiyyə”sinə diqqət çəkdi

11 Mart 2021 19:00 Premyerliqa 1 838
Ramiz Məmmədov “Neftçi”nin 2 “hədiyyə”sinə diqqət çəkdi

“Pro” kateqoriyalı məşqçi Ramiz Məmmədov Premyer Liqanın 19-cu turunun “Sabah” - “Sumqayıt” (1:1) və “Neftçi” - “Keşlə” (3:1) qarşılaşmalarını Sportinfo.az üçün dəyərləndirib.

“Sabah” – “Sumqayıt”
Sonuncu yerdən uzaqlaşmaq yolunda "Sabah" üçün "Sumqayıt" üzərində qələbə çox mühüm idi. Komanda ilk hissəyə yaxşı başladı.

"Sumqayıt"ın isə oyunu elə də alınmadı. "Sabah"ın penaltıdən vurduğu qol onları ruhlandırdı. İlk hissə rəqibdən birbaş yaxşı oynadılar.

"Sumqayıt"da eniş müşahidə olunur. İkinci hissədə Ayxan Abbasovun əvəzetmələri özünü doğrultdu. Hakimlər oyunun öhdəsindən layiqincə gəldilər. Pis hakimlik olmadı.

Visente Qomes üzdə olan bir çox azərbaycanlı futbolçunün özünəinamını sıfıra endirib. Ramil Şeydayev, Ruslan Abışov kimi liderləri ehtiyatda saxlaması göstərir ki, sonuncu yerdən qurtula bilməyəcəklər.

Qarşıdanda milli komandanın seçmə oyunları gəlir. Bilinmir ki, bunun axırı hara gedəcək. Bunu təəssüf hissi ilə qeyd edirəm.

“Neftçu” - “Keşlə”
"Neftçi" oyuna çox sürətli başladı, istəyinə tez nail oldu, 30-cu dəqiqədə 2:0 önə çıxdı. Arxada qalan 3 turda "Keşlə" yaxşı təsir bağışlamışdı.

Amma bu dəfə komandanı tanımaq bir az çətin idi. Mövqelər arasında elə bir bağlılıq gözə dəymirdi.

Sanki futbolçularda bir balaca təlaş vardı. Topa nəzarət edə bilmirdilər. Tez-tez top itkiləri olurdu.

"Neftçi" meydanda üstünlüyü əldən vermək istəmir, topa nəzarət edirdi. Futbolçuları ayrı-ayrılıqda fərqləndirmək istəməzdim.

Heyət düzgün seçilmişdi. Oyunun ilk hissəsini demək olar "Keşlə"yə aid olan hissədə keçirdilər. "Neftçi"nin müdafiəçilərinin iki kobud səhvindən Anatolie Abanq yararlana bilmədi.

Mənə elə gəlir ki, verilən “hədiyyə”dən Abanq istifadə etsəydi, nəticə fərqli ola bilərdi. "Keşlə" ardıcıl 3 heç-heçədən sonra "Neftçi"yə qarşı da layiqli mübarizə göstərə bilərdi.

İkinci hissə "Keşlə" öz oyununu tapdı. Azər Salahlının vurduğu qol da buna sübutdur. "Keşlə" belə davam etsə, sonuncu yerlərdən rahatlıqla uzaqlaşa bilər.

Hakimlər briqadası oyunu pis idarə etmədilər. Xarakter göstərdilər. Yaxşı qiymət verilə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"