COP29

"Neftçi" və "Qəbələ" meydana xüsusi pankartla çıxdı - FOTO

27 Sentyabr 2020 20:10 Neftçi 446
"Neftçi" və "Qəbələ" meydana xüsusi pankartla çıxdı - FOTO

Azərbaycan Premyer Liqasında IV turun "Neftçi" - "Qəbələ" oyununa komandalar xüsusi pankartla çıxıb.

Sportinfo.az xəbər verir ki, "Dalğa Arena"da keçirilən matçdan öncə cəbhə bölgəsindəki vəziyyətlə əlaqədar orduya dəstək məqsədilə tərəflər üzərində "Biz Birlikdə Güclüyük" şüarı qeyd olunan banneri nümayiş etdirib.

Daha sonra Azərbaycanb Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca stadiondakı monitorda bu gün erməni işğalından azad edilən ərazilərlə bağlı Müdafiə Nazirliyinin açıqlaması təqdim edilib.

Səhər saatlarından cəbhəboyu davam edən döyüşlər nəticəsində Füzuli və Cəbrayıl rayonlarında 6 kənd işğaldan azad edilib, Murov dağdakı yüksəklik və Ağdərə ərazisindəki əhəmiyyətli yollar bölmələrimiz tərəfindən nəzarətə götürülüb.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!