COP29

"Belə başa düşdüm ki, Ceyhun Sultanov artıq bağışlanıb"

2 Avqust 2020 16:00 Neftçi 1 488
"Belə başa düşdüm ki, Ceyhun Sultanov artıq bağışlanıb"

Menecer Xanbaba Daşdı AFFA-nıın müvafiq qurumlarının onun şikayətinə laqeyd yanaşmasıından narazıdır.

Bununla bağlı Sportinfo.az-a müraciət edən agent bildirib ki, Saman Nəriman Cahanın "Neftçi"yə transferi məsələsində yaranan problemin həllinə rəsmi reaksiya gecikir.

Bu ilin əvvəlində "Maşinsazi"dən alınan iranlı yarımmüdafiəçini Daşdı təklif etsə də, "Neftçi" son anda başqa meneceri araya salaraq, keçidi onun vasitəsilə rəsmiləşdirib:

"Oyunçuların Transferi və Statusu Komitəsi "Neftçi"nin transfer pozuntularının araşdırılması məsələsini 19 iyun tarixində İntizam Komitəsinə yönləndirib.

Artıq 44 gün keçib, komitədən nə bir əlaqə quran var, nə də nəyin necə olacağını deyən. Normalda komitə çempionatlar davam edən vaxt hər həftə toplanırd.

İndi niyə toplanmır? Pandemiya ilə əlaqədar videokonfrans təşkil etmək olmaz? Belə başa düşdüm ki, Ceyhun Sultanov bağışlanıb artıq. Bu məsələni FİFA-ya, CAS-a qədər qaldıracağım üçün qərarın gecikməsi işin prosesinə təsir edir.

Komitənin sanksiyaları məni qane etmədiyi təqdirdə, CAS-da baxılacaq məsələyə. Mənim menecer haqqım ödənmədiyi kimi, "Neftçi" rəhbərliyi də cəzasız qala bilməz.

Oyunçuların Transferi və Statusu Komitəsi bildirib ki, Region Liqasnda çıxış edən Quba "Şahdağ"ının prezidenti olduğumdn, mənə menecer haqq verilə bilməz. 15 gün vaxtım olsa da, bu qərardan apellyasiya şikayəti vermədim.

Mənə deyildi ki, sənin məsələn bağlandı, indi "Neftçi"nin işinə İntizam Komitəsində baxıılacaq. Cavab verdim ki, belə problem deyil, İntizam Komitəsi haqlıı qərar versin.

Özlərinə də dedim ki, məni razı salsan qərar olmasa, növbəti şikayəti CAS-a edəcəm. Orada məhkəməni udsam da, udmasam da, xeyrini və ziyanını da gözə almışam.

İndiyədək İntizam Komitəsində belə bir məsələ müzakirə olunmayıb ümumiyyətlə. Hüquqşünaslarımız da bu məsələnin üstünə düşüb, indi oturub gözləyirlər.

Vaxt boş yerə gedir, bunlarn bir şey eləməsi mütləqdir. Məsələn, mənim məsələm bir 20 gün çəkdi. Amma gəl ki, "Neftçi"nin işinə baxmağı iki aya yaxındır yubadırlar. Burada nə var ax, hazr işdir. Bütün sənədlər və faktlar ortadadr. Onlarıı araşdırıb, qərar vermək o qədər də çox vaxt aparmayacaq.

İntizam Komitəsinin 5 üzvü onlayn iclas keçirib, ən qsa zamanda bir qərar verə bilər. Camaat FİFA və UEFA-nın baş ofisində oturub, videokonfrans vasitəsilə mühüm qərarlar verir, turnirlər keçirir. Bu isə çox adi bir şeydir. Sadəcə, niyə eləmirlər, ortada maraq nədir – mənə bu çatmır.

Fikirləşmirəm ki, bu, "Neftçi" ilə AFFA rəhbərliyi arasındakı yaxın münasibətlərə görədir. Elxan Məmmədovun bu məsələlərə qarışacağına inanmıram.

Çünki indiyə kimi bir neçə belə məsələ olub, o, heç birinə müdaxilə etməyib. Transfer işlərinə baxan komitə müstəqildir. Deyirlər, pandemiyayaya görə iclas keçirə bilmirik, bir neçə məsələyə birdən baxacağıq. Məni narahat edən komitənin gec yığışmasıı və qərarı açııqlamamasıdır. Bu, açıq qalan məsələdir, mən işimi bilmək istəyirəm".

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!