COP29

"Neftçi"nin legioneri evdən bayıra çıxmağa qorxur

1 Mart 2020 22:10 Neftçi 836
"Neftçi"nin legioneri evdən bayıra çıxmağa qorxur

"Bütün planetimiz belə bir problemlə üzləşdi. Biz bunun üçün Allaha dua edə bilərik, hər şey tezliklə bitsin, virus artıq Yer kürəsində olmasın".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Mamadu Kane Premyer Liqanın XIX turunda "Səbail"lə heç-heçə (1:1) etdikləri oyundan sonra koronavirus barədə danışarkən deyib.

23 yaşlı qvineyalı yarımmüdafiəçi bildirib ki, məşqlərdən sonra dərhal evə getməyə səy göstərir: "Çalışıram ki, koronavirusa görə evdən heç çıxmayım. Evdən çıxmağımı məhdudlaşdırdım. Çalışıram ki, evdə qalım".

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!