COP29

"Neftçi"də işləyən zaman "evini yıxdı", indi də… - FOTO

6 Yanvar 2020 20:10 Neftçi 1 661
"Neftçi"də işləyən zaman "evini yıxdı", indi də… - FOTO

"Neftçi"nin keçmiş baş məşqçisi Anatoli Demyanenko Slovakiyada "Nitra"nın sükanı arxasına keçib.

Sportinfo.az xəbər verir ki, ukraynalı mütəxəssisə slovakiyalı Miroslav Nemets və Miroslav Köniq kömək edəcək.

Onların qarşısına komandanı Superliqada saxlamaq vəzifəsi qoyulub. 18 turdan sonra "Nitra" sondan əvvəlki - 11-ci yeri tutur.

Anatoli Demyanenko "Neftçi"də 2008-ci il yanvarın 4-dən avqustun 23-dək çalışıb. Məhz onun rəhbərliyi dövründə "ağ-qaralar" İntertoto Kubokunun ilkin mərhələsində "Nitra"nı iki oyunun nəticəsində mübarizədən kənarlaşdırıb - 1:3, 2:0. Demyanenko 2013-cü ildə Ukrayna "Volın"ını tərk etdikdən sonra işsiz idi.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!