Bu qədər tale ədalətsizliyi üçün əl açıb ilahi qüvvədən nəsə diləmək

16 Sentyabr 2020 21:20 Milli komanda 701
Bu qədər tale ədalətsizliyi üçün əl açıb ilahi qüvvədən nəsə diləmək

Yəqin ki, qanunauyğunluqlarla komanda fasilədən sonra daha da irəli getmək üçün addımlar atmalı, rəqibi toruna salmalı idi. Bu dəfə soyadının əvvəlində "de" kəıməsi də olan sükançı qərarları və tapşırıqları ilə nəsə deməli idi.

Birincisi ona görə ki, ilk hissədə də göründüyü kimi bu komandaya bir idarəedici, ya da tənzimləyici, heç olmasa, önə doğru oyunu nizamlayacaq lider lazımdır.

Bu rolda özünü təsdiqləyən biri yoxdur. İdeal olaraq, son illərin ən həvəslisi Ramil Şeydayev ola bilərdi ki, ilk növbədə o özü hələ buna risk etmir, həm də budəfəki məşqçi korpusu da buna onu təhrik etmir. Hələ bunlar az imiş kimi, baş məşqçi onu yersiz olaraq güvənmədiyi biri kimi əvəzləyir.

Ümumiyyətlə, oyunun qəribəliklərini diqqətli tamaşaçı yəqin ilk dəqiqələrdən elə bu dəqiqələrin ilk həyəcan siqmalı olan təhlükəli zərbədən hiss etmişdi. Həmin anlarda keçici, müvəqqəti sayıla biləcək bu durum daha sonra dərinləşdi və sanki Azərbaycan orta statistik Avropa komandası ilə oyunda, özü də səfərdə meydana çıxmışdı.

Ta qol epizoduna qədər bu vəziyyəti məşqçi korpusu düzəltməyə çalışmadı, yaxud onun ikinci bir planı olmadı. Meydanda, kapitan da daxil olmaqla, futbolçular bir sapa, bir bağa düzülmək istəmədi, hərə öz istədiyi kimi oynadı.

Elə bil, məşq də keçməmişdilər. Kapitan orta xətdən çox uzaq qaldı, idarə edə bilmədi. Orta zonada lazım olan paylayıcı da yox idi. Hərçənd vəziyyəti dəyişmək üçün qol epizodunda olduğu kimi (Namiq Ələsgərovun inadlı fəndgirliyi və qapı ağzına asma ötürməsi ilə) Ramil Şeydayevə kiçicik dəstək qığılcımı lazım idi.

İkinci hissə başlayar-başlamaz komandada çox şeyin dəyişməyəcəyi görünməyə başlamışdı ki, Krivotsyuk öz qapısı ağzında məlum, ya naməlum, talesizlik, ya bəxtsizlik, əslində, qeyri-peşəkarlıq nümunəsi ilə fərqləndi - topun öz komandasının qapısına yuvarlanmasına kömək etdi. Daha sonra absurd qərarlar başlandı:

Şeydayev təxminən bir saatın tamamında əvəzləndi. Emreli özü gedibsə, Şeydayevi göndəribsənsə, meydanda qalan vaxt ərzində nəyə ümid edəcəkdin: heç-heçəyə. Özü də rəqibin bu qədər təzyiqli, ən əsası, oyuna nəzarəti tam ələ aldığı bir vəziyyətdə.

Birinci hissədə məntiqi "vurmazsan, vurarlar" prinsipinə də bağlaya biləcəyimiz bəxt amilinin (qol nə qədər məntiqli və kombinasiyalı gedişlərin nəticəsi olsa da) təkrarlanacağını gözləyirdimi məşqçilər? Bu qədər tale ədalətsizliyi üçün əl açıb ilahi qüvvədən nəsə diləmək də abırsızlıq siması istəyərdi?

Hələ bu az imiş kimi növbəti dəyişikliklər lap absurdluğun zirvəsi oldu. "Adil Nağıyevin meydana çıxması nəyi dəyişəcəkdi?", "Meydan üzü görməyən Araz Abdullayevin oyuna salınmasında məqsəd nə idi?" suallarının verilməsini belə özümüzə ayıb bildiyimiz halda, məşqçinin ikinci əvəzləməsi ilə ədalət tam yerini tutdu.

Meydana yeni çıxan futbolçu ən gözəl voleybolsayağı atletik tullanışla barqmaqlarını topa toxundurub penaltini rəqibə bağışladı. Bir oyunda uduzmaq üçün daha nə etmək lazımdır: qırmızı vərəqə, özü qapısına qol, rəqibin xeyrinə məşqçi əvəzləmələri, effektli sıçrayışlı onbirmetrlik cərimə zərbəsi hədiyyəsi.

bundan sonra Ramil Şeydayevlə yanaşı, oyunun az-şox seçiləni olan qapıçı Emil Balayevin dadına dirək yetiməsəydi, bir az da tutarlı məğlubiyyət olacaqdı.

Hələ 2-ci dəqiqədən başlayaraq oyun boyu qapıya tuşlanan digər "mərmilər"i hesablasaq, mənzərəni tamamlamağa böyük hesablı nəticə də ədalətsiz olmazdı.

BATI YAR

Digər Xəbərlər
Xəbər Lenti