74 yaşlı kişiyə ərə getdi, 2 həftədən sonra boşandı

2 Fevral 2020 14:33 Maraqlı 1 302
74 yaşlı kişiyə ərə getdi, 2 həftədən sonra boşandı

"Fənərbağça"nın fransız futbolçusu Adil Ramidən ayrılan və 2 həftə əvvəl 74 yaşlı prodüser Con Piterslə evlənən dünyaşöhrətli “Playboy” ulduzu Pamela Andersonun ailə münasibətləri uzun sürməyib.

Sportinfo.az xəbər verir ki, 52 yaşlı aktirsa toydan 12 gün sonra ayrılmaq qərarına gəlib. Anderson ayrılmasını belə izah edib:

"Həyatdan və bir-birimizdən nə istədiyimizi dəqiqləşdirmək üçün bir müddət ayrı vaxt keçirməyə qərar verdik. Həyat bir səyahətdir, sevgi isə bir prosesdir. Bunu nəzərə alaraq, nikah şəhadətnaməsinin qeydiyyatını təxirə salmağa qərar verdik. Şəxsi münasibətlərimizə hörmət etdiyiniz üçün təşəkkür edirik”.

Bu toy hər iki tanınmışın sayca beşinci evliliyi olub. Cütlük 30 ilə yaxındır birlikdə çalışır, dost idi.

Digər Xəbərlər
Xəbər Lenti