"Qalatasaray", "Qarabağ" və Ağayevi birləşdirən FUTBOL MƏBƏDİ

3 Noyabr 2022 17:40 Maraqlı 461
"Qalatasaray", "Qarabağ" və Ağayevi birləşdirən FUTBOL MƏBƏDİ

Dünən Çempionlar Liqasının qrup mərhələsinə yekun vuruldu.

Son turun matçlarından biri Danimarkada "Kopenhagen" - "Borussiya" (Dortmund) arasında keçirilib.

1:1 başa çatan matç Azərbaycan futbol ictimaiyyəti üçün böyük maraq kəsb edirdi. Ki, oyunun baş hakimi azərbaycanlı FİFA referisi Əliyar Ağayev idi.

Çünki ilk dəfə bir azərbaycanlı hakim ÇL-in oyunun idarə edirdi.

Bu baxımdan məşhur "Parker" arenada keçirən qarşılaşma ölkəmiz adına ilk tarixi hadisə kimi yaddaşlara həkk olunub.

"Parken" arena demişkən, bu stadionun türk dünyası üçün önəmli məkan olmağa davam etdiyini bildirək. Belə ki, daha əvvəl də adıçəkilən stadionda türk dünyası üçün futbol adına önəmli hadisələr yaşanıb.

2000-ci ilin 17 mayı bu arenada Uefa Kubokunun finalı keçirilib. Finalda qardaş Türkiyə təmsilçisi "Qalatasaray" İngiltərə nəhəngi "Arsenal"la qarşılaşıb. Əsas vaxtı 0:0 bitən matçda penaltilər seriyasında 4:1 üstün olan "Cim-Bom" Avropa arenasında Türkiyə tarixinin ilk və hələki son kubokunu başı üzərinə qaldırıb.

Növbəti qızıl tarix 17 il sonra yaşanıb.
Bu dəfə doğma "Qarabağ"ımız əzəmətli arenada böyük zəfərə imza atıb. Belə ki, "köhlən atlar" 2017-ci ilin 24 avqustunda Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Kopenhagen"nin qonağı olub. Təmsilçimiz 1:2 məğlubiyyət yaşasa da evdəki 1:0-lıq qələbəyə görə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bu, bir Azəbaycan klubunun əldə etdiyi ilk və hələki son belə uğurdur.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti