Lebronla “Liverpul” Cordanın geyimləri ilə rəqabət aparacaq - FOTO

25 Noyabr 2021 22:00 Maraqlı 290
Lebronla “Liverpul” Cordanın geyimləri ilə rəqabət aparacaq - FOTO

“Nike” “Los Anceles Leykers”in hücumçusu Lebron Ceymslə “Liverpul”un əməkdaşlığı sayəsində geyimlər istehsal etməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, bu əməkdaşlıq nəticəsində 7-8 çeşiddə geyim istehsal olunacaq.

Geyimlər Lebronun futbolla əlaqəsini yaradacaq.

O da bildirilir ki, bu layihənin əsas məqsədi həm də “Nike” firmasının Maykl Cordanın adı ilə bağlı istehsal etdiyi brendlə rəqabət yaratmaqdır.

Lebron Ceymsin ortaq olduğu “Fenway Sports Group” şirkəti “Liverpul”un səhmlərinin əksər hissəsinə sahibdir.

Digər Xəbərlər
Xəbər Lenti