Üç tur sonra gələn qələbə "Keşlə"ni nə qədər irəli saldı?

7 Noyabr 2020 17:40 Şamaxı 650
Üç tur sonra gələn qələbə "Keşlə"ni nə qədər irəli saldı?

«Keşlə» bu gün Premyer Liqada «uğursuzluq zolağı»ndan çıxa bildi.

Paytaxt təmsilçisi 3 turluq sııradan sonra «Qəbələ» üzərində qələbə əldə etdi.

Qonaqlar 31-ci dəqiqədə Nikolas Raysellə hesabı açsa da, Sezar Meza Kolli (41), Asif Məmmədov (74-avtoqol) və Silvio Rodriqesin (90) toru silkələməsi Yunis Hüseynovun komandasıına 3 xal qazandırdıı.

Bu zəfər «Keşlə»nin futbolçularını 40000 manat irəli salıb. Belə ki, klubun Müşahidə Şurasının sədri Zaur Axundov komandaya məhz bu qədər mükafat fondu ayırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti