Azərbaycan klubunun eks baş məşqçisi 71 yaşında ata oldu - FOTO

9 Sentyabr 2020 18:48 Şamaxı 1 022
Azərbaycan klubunun eks baş məşqçisi 71 yaşında ata oldu - FOTO

"İnter"in (hazırkı "Keşlə") sabiq vitse-prezidenti və baş məşqçisi Anatoli Konkov 71 yaşı ərəfəsində ata olub.

Sportinfo.az xəbər verir ki, bu barədə ötənlərin tanınmış futbolçusunun özündən iki dəfə kiçik olan həyat yoldaşı Mariya şəxsi "Instagram" səhifəsində paylaşım edib.

O, sentyabrın 5-də Saşa adlı qız övladlarının dünyaya gəldiyini yazıb. Konkovun 71 yaşı isə sentyabrın 19-da tamamlanacaq.

Anatoli Konkov "İnter"də 2004 - 2006-cı illərdə çalışıb. Onun dövründə paytaxt təmsilçisi yalnız 2004/2005 mövsümündə Azərbaycan Kubokunun finalçısı olub və həlledici görüşdə "Bakı"ya uduzub - 1:2. 2012 - 2015-ci illərdə isə Konkov Ukrayna Futbol Assosiasiyasının prezidenti olub.

Digər Xəbərlər
Xəbər Lenti