Tərlan Əhmədovun başına qaynar qazandan su töküləcək

2 Avqust 2020 14:40 Şamaxı 1 218
Tərlan Əhmədovun başına qaynar qazandan su töküləcək

Sportinfo.az xəbər verir ki, ötən mövsüm “Keşlə”nin bürünc medallara sahib olmasında böyük əmək sərf edən Sezar Mez Kollinin ölkəmizdəki taleyi qeyri-müəyyən qalmaqdadır.

Klub rəsmiləri hər nə qədər paraqvaylının qısa müddətdə geri dönəcəyini desələr də, futbolçunun hələ də vətənində olması və müqavilə ilə məxsus olduğu “Universitatya” ilə məsələni həll etməməsi adamda başqa fikirlər yaradır.

İş burasındadı ki, bu ayın ortalarında Paraqvaya yola düşən Sezar ora çatan kimi karantinə alınıb. Və yalnız dünən - ikihəftəlik müddət başa çatandan sonra evə buraxılıb.

Adam burdan ora o boyda yol qət edibsə, ailəsi və yaxınları ilə azı 10 gün keçirməlidi. Bu hələ minimumudu.

Ardınca Rumıniyaya yollanmalıdı ki, klubu ilə məsələni yoluna qoysun. Ya növbəti dəfə “Keşlə”yə icarəyə verilməlidi, ya da rumınlarla danışıb azad agent statusuna sahib olmalıdı.

İstirahətin və Rumıniyada görməli olduğu işlərin 10-15 gün vaxt alacağını nəzərə alsaq, “10 nömrə”nin avqustun ikinci ongünlüyündə Bakıya gələcəyini təxmin etmək asandı. Belədə iki həftə məşq etməklə Avroliqa qarşılaşmasına çıxması mümkünsüz görünür.

Qısası, bu gedişlə Sezar Meza Kollinin avrokuboklarda “Keşlə”yə kömək edəcəyi real bir şeyə oxşamır. Vay o günə ki, rumınlarla işi həll olunmasın. Bax, onda Tərlan Əhmədovun başına qaynar qazandan su töküləcək.

Digər Xəbərlər
Xəbər Lenti