"Keşlə" "ASK Arena"ya qayıdışını qələbə ilə qeyd etdi

10 Yanvar 2020 18:32 Şamaxı 1 118
"Keşlə" "ASK Arena"ya qayıdışını qələbə ilə qeyd etdi

Mövsümün ikinci yarısına hazırlaşan "Keşlə" bu gün yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Tərlan Əhmədovun komandası "ASK Arena"nın əsas meydançasında I divizion klubu “Qaradağ Lökbatan”ı qəbul edib və rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Premyer Liqa təmsilçisinin heyətində Vüsal İsgəndərli, Ruslan Qurbanov və Ruslan Əmircanov fərqləniblər.

Bu, "Keşlə"nin cari mövsüm doğma meydanda keçirdiyi ilk qarşılaşma olub.

Qeyd edək ki, “Keşlə” hazırlığın ikinci mərhələsi çərçivəsində yanvarın 12-də Türkiyənin Antalya şəhərinə yollanacaq. 14 gün davam edəcək təlim-məşq toplanışı zamanı komanda 3 yoxlama oyunu keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti