Axundov "Keşlə"ni bir-birinə qatdı: "DİVARLAR"I YIĞ BİR YERƏ"

25 Sentyabr 2019 21:15 Şamaxı 989
Axundov "Keşlə"ni bir-birinə qatdı:

"Keşlə"də növbəti qalmaqal yaşanıb.

Sportinfo.az-ın məlumatına görə, klubun Müşahidə Şurasının (MŞ) sədri Zaur Axundov budəfəki olayın əsas səbəbkarı olub.

"Neftçi" ilə qolsuz bitən matçdan narazı qalan Axundov komandayla görüş keçirib. Toplantının necə baş tutması daha maraqlıdır. Belə ki, MŞ sədri yeni gələn futbolçulardan birinə oyunçuları çağırmağı tapşırıb. Amma özünəməxsus şəkildə.

Zaur bəy ona "divarlar"ı yığ bir yerə, mən də gəlirəm" deyib. Söhbətin nədən getdiyini anlamayan futbolçu "divar nədir? Mən divarları bir yerə necə yığım" deyə, sual edib.

Bundan əsəbləşən Axundov "Divar" kim olacaq? Komandanı deyirəm də… Tərlan Əhmədov heç nə edə bilmir. Ötən mövsüm də məni çətin vəziyyətə saldı. İndi gərək mən hər məsələyə qarışım" cavabını verib.

Şuranın rəhbəri iclas zamanı nəticələrdən narazılığını ifadə edib. Xüsusən "Səbail"ə məğlubiyyəti və 10 nəfərlə qalan "Neftçi"yə qalib gələ bilməməyi irad tutub. O, "Zirə" və "Sumqayıt"la növbəti oyunlarda 6 xal tələb edib.

Digər Xəbərlər
Xəbər Lenti