"Günah səni bura gətirəndədir" - QARŞIDURMA

20 Mart 2021 21:20 Şamaxı 1 210
"Günah səni bura gətirəndədir" - QARŞIDURMA

«Keşlə»nin baş məşqçisi Sənan Qurbanovla Anatolie Abanq arasında problem yaranıb.

Sportinfo.az-ın məlumatına görə, buna çalışdırıcının kamerunlu hücumçuya sərt şəkildə irad tutmaası səbəb olub.

Belə ki, o, qış fasiləsində gələn afrikalı forvarda yüksək əməkhaqqı aldığını, ancaq komaandaya faydasının dəymədiyini söyləyib.

Aylıq 10 min dollar maaş alan Abanqa hələ də Premyer Liqada qol hesaabını aça bilməməsini xatırladan mütəxəssis«günah səni bura gətirəndədir» ifadəsini işlədib.

«Şerif»in sabiq qolçusu ünvanına səslənən iradlarla tam razılşmayıb. O, hələ də adaptasiya prosesini keçmədiyini, özünü meydanda rahat hiss etmədiyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti