Ola bilməz ki, ona dəvət gönldərilsin, mənim də xəbərim olmasıın

10 Yanvar 2021 19:00 Şamaxı 689
Ola bilməz ki, ona dəvət gönldərilsin, mənim də xəbərim olmasıın

"Qəbələ"nin legioneri Ceyms Adeniyi Azərbaycanda daha iki klubun maraq dairəsinə düşüb.

Bir müddət öncə adı "Neftçi" ilə hallanan 29 yaşlı forvard bildirib ki, "Zirə" və "Keşlə" də onu heyətinə cəlb etmək istəyir:

"İsrailin "Hapoel" (Kiryat-Şmona) klubuna keçib-keçməyəcəyimi hələ bilmirəm. Çünki Azərbaycan və Türkiyədən təkliflərim var. "Neftçi" ilə yanaşı, "Zirə" və "Keşlə" də xidmətimdə maraqlıdır. Hazırda təklifləri götür-qoy edirəm".

2019/2020 mövsümünü icarə əsasında "Hapoel"də keçirmiş Adeniyinin "Qəbələ" ilə bu ilin yayınadək sözləşməsi var.

"Keşlə"nin idman direktoru Ceyhun Sultanov Sportinfo.az-a bildirib ki, onlarp afrikalıı hücumçu ilə maraqlanmıırlar:

"Ona bizdən heç kim təklif göndərməyib. Adeniyi bu söhbəti haradan çııxarıb, bilmirəm.

Ola bilməz ki, klubumuzdan ona dəvət gönldərilsin, mənim də bundan xəbərim olmasıın. Adeniyinin qiyməti çox yüksəkdir, biz bunu bilirik".

Digər Xəbərlər
Xəbər Lenti