Azərbaycan adına TARİXİ İLK – 101 ölkə arasında 15-ci olduq

1 Sentyabr 2023 22:40 Atıcılıq 1 233
Azərbaycan adına TARİXİ İLK – 101 ölkə arasında 15-ci olduq

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatına yekun vurulub.

17 gün davam edən mötəbər yarışda əvvəldən nəzərdə tutulduğu kimi 51 yox, 64 dəst medal qazanılıb.

Yarışda ən çox medal sahibi Çin olub. Asiyalılar 15 “qızıl”, 7 “gümüş” və 6 “bürünc”lə aktivinə 28 medal yazdırıb. İkinci yerin sahibi Ukrayna olub (6 qızıl, 4 gümüş, 2 bürünc medal). “Üçlüy”ü 6 “qızıl”, 8 “bürünc”lə Hindistan qapayıb.

101 ölkənin iştirak etdiyi, 32 ölkənin medal qazandığı dünya çempionatında Azərbaycan 15-ci olub. Qadın atıcılarımız 1 qızıl və 2 gümüş medal əldə etməklə ölkəmizin idman atıcılığı tarixində dünya çempionatlarında ən yaxşı göstəriciyə imza atıb.

Sonuncu dəfə dünya çempionatında qızıl medalı 2001-ci ildə Zemfira Meftahətdinova qazanmışdı.

15-31 avqust tarixləri aralığında Bakı Atıcılıq Mərkəzində keçirilən mundialda “Paris-2024” Yay Olimpiya Oyunlarına 48 lisenziya öz sahibini tapıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti