Elvina, Aysel, Gülər, Günay və Fatimə dünya çempionatına gedir

23 İyul 2022 12:20 Güləş 568
Elvina, Aysel, Gülər, Günay və Fatimə dünya çempionatına gedir

İyulun 25-dən 31-dək İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan Güləş Federasiyasının rəhbər şəxslərinin iştirakıyla məsul yarışda ölkəmizi təmsil edəcək qızlardan ibarət yığma komandayla görüş keçirilib.

Baş katibin müavini Orxan Məmmədovla Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov milli üzvlərinə mundialda uğurlar arzulayıb və tövsiyələrini çatdırıblar.

Dünya çempionatında böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Elvina Kərimzadə (43 kq), Aysel Məmmədzadə (46 kq), Ruzanna Məmmədova (49 kq), Gülər Həbibova (53 kq), Günay Qurbanova (57 kq) və Fatimə İsayeva (65 kq) mübarizə aparacaq.

İyulun 26-da güləşin bu növü üzrə püşkatma mərasimi keçiriləcək və güləşçilərimizin ilk rəqibləri müəyyənləşəcək. Növbəti gün Elvina, Ruzanna, Günay və Fatimə, ayın 28-də isə Aysellə Gülər xalçaya çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti