Gənc ulduz yalnız bu şərtlə müqaviləsini yeniləyəcək

14 Noyabr 2020 15:40 Fransa 523
Gənc ulduz yalnız bu şərtlə müqaviləsini yeniləyəcək

PSJ-nin futbolçusu Kilian Mbappe müəyyən şərtlər əsasında müqaviləsini yeniləməyə hazırdır.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı hücumçu sözləşmədə təzminat ödənilməsi ilə bağlı maddə olacağı təqdirdə müqaviləsini uzatmağa razılaşacaq.

Əks-halda futbolçunun mövsümün sonunda başqa bir kluba keçmək istədiyi bildirilib. Onun satış qiyməti isə 180 milyon avro dəyərində müəyyənləşdirilib. “Real”ın fransalı oyunçuya görə bu məbləği ödəməyə hazır olduğu qeyd edilib.

Bundan əvvəl Mbappe 3 dəfə Paris təmsilçisinin müqaviləni uzatmaq üçün təklifini rədd edib.

Mbappe bu mövsüm PSJ ilə 8 matça çıxaraq, 7 qol vurub və eyni sayda qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti