PSJ zəif rəqibinə 9 cavabsız qol vurdu - VİDEO

13 İyul 2020 11:06 Fransa 838
PSJ zəif rəqibinə 9 cavabsız qol vurdu - VİDEO

PSJ yoxlama oyununda qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, Paris təmsilçisi Liqa 2 təmsilçisi “Havr”la qarşılaşıb.

Çempionlar Liqasında 2019/20 mövsümünün qalan oyunlarına, eləcə də Liqa 1-də yeni mövsümə hazırlaşan parislilər bu oyunda darmadağına seviniblər – 9:0. Mauro İkardi, Neymar, Pablo Sarabia dubla imza atıblarsa, Kilian Mbappe, İdrissa Queye və Arnaud Muinqa hərəyə bir dəfə fərqlənib.

Fransada 2019/20 mövsümü koronavirus pandemiyasına görə vaxtından əvvəl başa çatdırılmış və PSJ çempion elan edilmişdi. ÇL-də mübarizəni davam etdirən Paris təmsilçisi 1/4 finalda İtaliyanın “Atalanta” klubu ilə mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti