COP29

"Əl Hilal" yarımfinalda, "Liverpul" rəqibini gözləyir

14 Dekabr 2019 20:37 Dünya futbolu 726
"Əl Hilal" yarımfinalda, "Liverpul" rəqibini gözləyir

Qətərdə davam edən futbol üzrə klublararası dünya çempionatında daha bir yarımfinalçının adına aydınlıq gəlib. Sportinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu adını yarımfinal iştirakçıları sırasına yazdırıb.

Ər-Riyad təmsilçisi bu gün keçirilən 1\4 final görüşündə Afrika çempionu - Tunisin "Esperans" klubuna 1:0 hesabı ilə qalib. Yeganə qolu 73-ci dəqiqədə yaxın keçmişdə "Qalatasaray"ın da formasını geyinmiş Bafetimbi Qomis vurub.

Dekabrın 17-də keçiriləcək yarımfinal görüşündə "Əl Hilal" turnirə birbaşa bu mərhələdən qoşulan Braziliyanın "Flamenqo" klubu ilə qarşılşacaq. "Flamenqo" ilə yanaşı UEFA Çempionlar Liqasının son qalibi "Liverpul" da dünya çempionatına birbaşa yarımfinaldan qoşulacaq.

İngilislərin rəqibi isə bu axşam keçiriləcək "Əl Sədd" (Qətər) - "Monterrey" (Meksika) matçında müəyyənləşəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!