
Gənclər və İdman naziri Azad Rəhimovun əmri ilə şosse velosipedi üzrə yığma komandamızın baş məşqçisi Əbülfəz Məmmədov "Əməkdar məşqçi" adına layiq görülüb.
Sportinfo.az xəbər verir ki, bundan başqa, milli komandamızın üzvü, ölkəmizi Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək Elçin Əsədov isə "Əməkdar idman ustası" fəxri adına layiq görülüb.