"Real” və "Bavariya" səfərdə qələbə qazanacaq? - ÇL-də bu gecə

6 Aprel 2022 22:00 Çempionlar Liqası 385
"Real” və "Bavariya" səfərdə qələbə qazanacaq? -  ÇL-də bu gecə

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Gecənin maraqla gözlənilən matçı İngiltərədə turnirin son qalibi "Çelsi" ilə "Real" arasında keçiriləcək. Görüşü fransalı FIFA referisi Kleman Türpen idarə edəcək.

Meydan sahiblərinin heyətində yeganə itki Ben Çiluellin zədəli olmasıdır. Qonaqlardaт isə 3 futbolçu - İsko, Eden Azar və Luka Yoviç zədə səbəbindən oynamayacaq.

Gecənin digər matçında "Bavariya" İspaniyada turnirin sürpriz komandası "Vilyarreal"ın qonağı olacaq.

La Liqa təmsilçisi əvvəlki raundda İtaliya nəhəngi "Yuventus"u mübarizədən kənarlaşdırmaqla sensasiyaya imza atıb. Görüşün baş hakimi ingiltərəli Entoni Teylor olacaq.

Unay Emerinin baş məşqçi olduğu kollektivdə itki yoxdur. Münhen təmsilçisi isə Erik Şupo-Motinq və Korenten Tolissonun xidmətindən yararlana bilməyəcək. Hər iki oyunçu zədədən əziyyət çəkir.

1/4 finalın ilk iki oyununda İngiltərə təmsilçilərindən "Mançester Siti" evdə "Atletiko"ya (Madrid) 1:0 hesabı ilə qalib gəlib, "Liverpul" isə Portuqaliyada "Benfika"nı məğlub edib - 3:1.

6 aprel

23:00. "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya)

Baş hakim: Kleman Türpen (Fransa)

23:00. "Vilyarreal" (İspaniya) - "Bavariya" (Almaniya)

Baş hakim: Entoni Teylor (İngiltərə)

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"