Qurbanov üçün 71 dəqiqə və 1 xal - Gürcüstanda

28 İyun 2020 00:14 Azərbaycan Futbolu 1 182
Qurbanov üçün 71 dəqiqə və 1 xal - Gürcüstanda

Gürcüstan çempionatında 3-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Dila” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Nicat da bu görüşün iştirakçısı olub.

O, start heyətdə meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib. 3 turdan sonra hesabında 4 xal olan “Samtrediya” 10 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti