"O, mənə çox şey öyrətdi"

7 Yanvar 2020 10:15 Almaniya 691
"O, mənə çox şey öyrətdi"

"Bavariya"nın futbolçusu Robert Levandovski "Liverpul"un baş məşqçisi Yürgen Klopp haqda müsbət fikirlər səsləndirib.

Sportinfo.az xəbər verir ki, o, 2010-2014-cü illərdə "Borussiya"da baş məşqçisi olan alman mütəxəssisin ona çox kömək etdiyini deyib:

"Borussiya"da bir insan olaraq inkişaf etməyimə kömək edən biri ilə tanış olmaq şansım oldu. Klopp mənə çox şey öyrətdi.

O, mənə futbol dünyasının qapılarını açdı. İnanılmaz xarizması var, oyunçularla söhbətdə zarafatı və ciddi tənqidi necə düzgün birləşdirmək lazım olduğunu bilir".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"