Bundesliqanı La Liqaya dəyişdi

2 Yanvar 2021 01:38 Almaniya 555
Bundesliqanı La Liqaya dəyişdi

“Selta” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, La Liqa təmsilçisi Almaniyanın “Maynts” klubunun müdafiəçisi Aaron Martini transfer edib.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Martin 2018-ci ildən “Maynts”ın uğurları üçün çalışırdı. 23 yaşlı ispan futbolçu daha öncə yetirməsi olduğu “Espanyol”un uğurları üçün çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"