Azərbaycan Çexiyaya 3:0 qalib gəldi - Avropa çempionatında

19 Avqust 2023 00:40 Voleybol 648
Azərbaycan Çexiyaya 3:0 qalib gəldi - Avropa çempionatında

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, ev sahibliyi etdiyi C qrupunda yer alan komandamızın ilk rəqibi Çexiya kollektivi olub.

Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində keçirilən görüşdə qələbə qazanıb - 3:0.

Qrupun digər qarşılaşmasında Türkiyə komandası İsveçi eyni hesabla məğlub edib.

Azərbaycan millisi qrupda ikinci oyununu avqustun 19-da meydan sahibi Almaniyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

C qrupu

Azərbaycan - Çexiya - 3:0 (25:21, 25:10, 25:15)

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"