Braziliya Tokio-2020-də!

11 Fevral 2020 09:42 Tokio-2020 697
Braziliya Tokio-2020-də!

Cənubi Amerika Futbol Konfederasiyasından (KONMEBOL) Tokio-2020 Yay Olimpiya oyunlarında iştirak edəcək ikinci milli də məlum olub.

Sportinfo.az xəbər verir ki, bu, 23 yaşadək futbolçulardan ibarət Braziliya yığmasıdı. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.

23 yaşlılardan ibarət Braziliya millisi təsnifat mərhələsinin son turunda Argentinanı 3:0 hesabıyla məğlub edərək, Tokio-2020-yə vəsiqə qazanıb.

Qrupda 3-cü və 4-cü yerləri tutan Uruqvay və Kolumbiya yarışlara lisenziya ala bilməyib. Daha əvvəl Argentinanın U-23 komandası Tokio-2020-yə vəsiqə qazanmışdı.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!