
“Qarabağ” Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvili ilə müqavilə imzaladığını açıqlayıb.
Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu “Yagelloniya”dan (Polşa) icarəyə götürülüb.
Onun icarə müddəti mövsümün sonuna qədər olacaq.
Luka Quqeşaşvilinin “Qarabağ”la icarə müqaviləsi başa çatdıqdan sonra onun transfer hüququnu əldə etmək səlahiyyəti Ağdam təmsilçisinə məxsusdur.