Premyer Liqada klub sayının artırılması ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ

26 Mart 13:00 Premyerliqa 3 326
Premyer Liqada klub sayının artırılması ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ

Növbəti mövsüm Premyer Liqada neçə klubun mübarizə aparacağı qarşıdakı 2 ay ərzində dəqiqləşəcək.

Sportinfo.az bu barədə SOCAR rəhbərliyinə yaxın mənbədən məlumat alıb.

Redaksiyamıza verilən qeyri-rəsmi informasiyaya görə, iştirakçı sayının artırılıb-artırılmaması mayın ikinci yarısınadək müəyyənləşəcək.

Bildirilib ki, AFFA-nın yeni rəhbərliyi çempionatla bağlı müxtəlif variantları nəzərdən keçirəcək - yarışmanın 10 komanda ilə davam etdirilməsi də mümkündür, bu sayın 12-yə çatdırılması da.

Aprelin 2-də AFFA-da hesabat-seçki konfransı keçiriləcək. Həmin gün federasiyanın sayca dördüncü prezidentinin kimliyi də rəsmi açıqlanacaq.

Yeganə namizəd Rövşən Nəcəfdir. Və o da SOCAR-dan sonra AFFA-da da Rövnəq Abdullayevi əvəz edəcək.

Saytımıza daxil olan bilgiyə görə, R.Nəcəf Premyer Liqayla əlaqəli yeniliklərin tətbiqində maraqlıdır. Onun bununla bağlı təkliflər paketinin hazırlanmasına tapşırıq verməsi söylənilir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"