"Neftçi" bu hücumçu və qapıçıdan ÜZÜCÜ MƏLUMAT aldı

16 Oktyabr 2020 17:10 Neftçi 1 116
"Neftçi" bu hücumçu və qapıçıdan ÜZÜCÜ MƏLUMAT aldı

"Neftçi" Azərbaycan Premyer Liqasında VI turun "Sabah"la matçına itkilərlə çıxacaq.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin aparıcı futbolçularından hesab edilən Stiven Monrozun zədəsi hələ sağalmayıb.

30 yaşlı fransalı hücumçunun müalicəsi davam edir. Monrozdan əlavə, qapıçı Səlahət Ağayevin də xidmətindən yararlanmaq mümkün olmayacaq. Əsas heyətdəki yerini itirən 29 yaşlı qolkiper də zədəlidir.

Oktyabrın 18-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sabah" matçı saat 14:00-da başlayacaq. Stiven Monroz son olaraq Premyer Liqanın II turunda evdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları görüşdə meydanda olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!