Budur, "Neftçi"? - VİDEO

15 Avqust 2020 20:00 Neftçi 1 294
Budur, "Neftçi"? - VİDEO

Azərbaycan Premyer Liqasının və Avropa Liqasının startına hazırlığını davam etdirən "Neftçi" yeni mövsüm öncəsi son yoxlama görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" "Qəbələ"ni sınağa çəkib.

"Bakcell Arena"da baş tutan qarşılaşmada 3 qol vurulub. Bakılılar Mamadu Kane və yeni transfer Yusuf Lavalın qolları sayəsində qalib gəlib. "Qırmızı-qaralar"ın heyətində yeganə topa isə Nikolas Raysel imza atıb.

"Neftçi" Qəbələ toplanışı çərçivəsində "Sumqayıt"a (3:0) qalib gəlib, "Qarabağ" (0:1) və "Sabah"a məğlub olub (2:5). "Qəbələ" isə “Zirə” (0:0), “Səbail” (1:2), "Sumqayıt" (2:1) və "Sabah"la (0:2) görüşlərdə fərqli nəticələr göstərib.

Digər Xəbərlər
Xəbər Lenti