"Neftçi"nin kapitanı baş məşqçi haqda konkret fikir demədi

15 Avqust 2020 15:04 Neftçi 1 014
"Neftçi"nin kapitanı baş məşqçi haqda konkret fikir demədi

"Məşqçiləri müqayisə etmək istəməzdim, hər birinin öz fikri var".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Neftçi"nin kapitanı Emin Mahmudovun dilindən çıxıb.

"Ağ-qaralar"ın lideri komandanın gənc çalışdırıcısı Füzuli Məmmədovu digər baş məşqçilər ilə müqayisə etməyib. O, yeni mövsümün hədəflərini açıqlayıb:

"Çalışacağıq ki, Füzuli Məmmədovun istədiklərini yerinə yetirək. Premyer Liqanın ilk turunda "Səbail"lə qarşılaşacağıq və fikrimiz bu matçdadır. Vaxt yetişəndə "Şkupi"dən də danışacağıq. Çalışacağıq sona qədər mübarizə aparaq. Premyer Liqada isə çempionluq üçün oynamalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti