"Neftçi"nin baş məşqçisi "Şkupi"ni detallarına kimi analiz edəcəyik"

10 Avqust 2020 16:56 Neftçi 894
"Neftçi"nin baş məşqçisi "Şkupi"ni detallarına kimi analiz edəcəyik"

"Hansı rəqibin düşməsindən asılı olmayaraq, oyunun Bakıda keçirilməsini istəyirdim".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov klubun rəsmi televiziyasına açıqlamasında Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Şimali Makedoniyanın "Şkupi" komandası ilə oyun barədə danışarkən deyib.

43 yaşlı mütəxəssis bildirib ki, futbolçular doğma meydanda oynadıqları zaman daha inamlı olurlar. Məmmədov bu amilin çox önəmli olduğunu diqqətə çatdırıb: "Ümid edirəm ki, futbolçularımız mən istədiyim səviyyədə oyun göstərəcəklər. Rəqibi detallarına kimi analiz edəcəyik".

"Neftçi" - "Şkupi" matçı avqustun 27-də "Bakcell Arena"da keçiriləcək. Avropa Liqasında təsnifat və pley-off mərhələləri bir oyundan ibarət olacaq.

Digər Xəbərlər
Xəbər Lenti