“Neftçi” üçün “Qafqaz Sport”

12 İyul 2020 16:20 Neftçi 1 168
“Neftçi” üçün “Qafqaz Sport”

Ölkədə karantin rejiminin tətbiq olunmasına, açıq havada idman tədbirlərinin keçirilməsinə qadağa qoyulmasına baxmayaraq, bu yay ölkəmizi avrokuboklarda təmsil edəcək klubların hazılığa başlamasına icazə verilməsindən xəbərdarsız.

Sportinfo.az xəbər verir ki, Çempionalar Liqasında çıxış edən “Qarabağ”, həmçinin Avropa Liqasında mübarizə aparacaq “Neftçi” və “Sumqayıt” toplanış üçün Qəbələyə yollanacaq.

Daha bir Avroliqa təsmilçimiz “Keşlə” isə hazırlıq üçün Şamaxını seçib.

Qitəmiqyaslı turnirlərə qatılacaq “4-lük”dən toplanışa ən tez “Neftçi” başlayıb və bu gün Qəbələyə yollanmalıdır. Komandanın “Qafqaz Sport” otelində məskunlaşacağı dəqiqdir.

Digər Xəbərlər
Xəbər Lenti