"Neftçi” növbəti mövsüm üçün ilk transferini etdi - FOTO

20 İyun 2020 23:00 Neftçi 1 347
"Neftçi” növbəti mövsüm üçün ilk transferini etdi - FOTO

"Neftçi” 2020/2021 mövsümü üçün ilk transferini rəsmiləşdirib.

Sportinfo.az klubun saytına istinadən məlumat verir ki, Cabir Əmirli ilə 2 illik müqavilə bağlanıb.

23 yaşlı müdafiəçi yeni komandanın heyətində 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, bunadək "Keşlə”də keçirdiyi 4 mövsüm ərzində meydana çıxdığı 54 oyunda 1 qola imza atmış Əmirli Azərbaycan U-21 milli komandasında da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti