"NEFTÇİ": "Dəvət gəlsə, müzakirə olunar və daha sonra ..."

20 İyun 2020 17:52 Neftçi 1 059
"NEFTÇİ": "Dəvət gəlsə, müzakirə olunar və daha sonra ..."

Məlum olduğu kimi, türkdilli dövlətlərin komandaları arasında keçiriləcək “Turan Kuboku” turnirinin formatı ilə bağlı hazırlıqlar yekunlaşmaq üzrədir.

Sportinfo.az xəbər verir ki, təşkilatçılar yarışa qatılacaq komandaların adlarını da müəyyənləşdirməyə başlayıb.

Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Kipr klubları ilə yanaşı, digər ölkələrdən də bir neçə komandanın dəvəti planlaşdırılır. Onlardan biri İran çempionatında çıxış edən “Traktor”dur.

Ən çox azarkeş kütləsinə malik klublardan olan komanda rəhbərliyi ilə bununla bağlı danışıqlar başlanılıb. Həmçinin Rusiya Premyer Liqasında mübarizə aparan “Rubin” klubunun da turnirə qatılması planlaşdırılır.

“Turan kuboku”nda Azərbaycanı “Qarabağ” və “Neftçi”nin təmsil etməsi gözlənilir. Paytaxt klubunun mətbuat katibi Rüstəm Allahverdiyev bununla bağlı deyib:

“Bu haqda mediada yazılıb, turnirlə bağlı rəsmi heç nə yoxdur. İndiki vəziyyətdə rəsmi olmayan bir şey haqda fikir bildirməyimiz doğru deyil. Dəvət gəlsə, müzakirə olunar və daha sonra konkret nəsə demək olar. İndiki vəziyyətdə heç nə məlum deyil”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!