"Neftçi"nin baş məşqçisi sosial şəbəkələrdən "qaçdı"

29 Fevral 2020 23:30 Neftçi 879
"Neftçi"nin baş məşqçisi sosial şəbəkələrdən "qaçdı"

«Neftçi»nin baş məşqçisi Füzuli Məmmədov sosial şəbəkələrlə «vidalaşıb».

Sportinfo.az-ın məlumatına görə, yanvarda bakılıların sükanı arxasına əyləşən gənc çalışdırıcı «facebook»dakı şəxsi profilini bağlayıb.

O, bunu klub rəhbərliyinin təzyiqi və təkidi ilə etməyib. Məmmədov «Neftçi» azarkeşlərinin sorğu-sualından uzaq olmaq üçün bu addımı atıb.

Paytaxt təmsilçisinin tərəfdarları sosial şəbəkə üzərindən ona çoxsaylı tənqidi suallar ünvanlayıb ki, bu da Füzuli bəyə xoş gəlməyib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!