"Mən susuram, sizin isə başınız çatmır" - Bu jest "Neftçi" rəhbərliyinə ünvanlanıb?

17 Fevral 2020 21:18 Neftçi 1 107
"Mən susuram, sizin isə başınız çatmır" - Bu jest

Premyer Liqanın 17-ci turunda iki paytaxt klubu üz-üzə gəldi.

Sportinfo.az xəbər verir ki, «Neftçi» öz meydanında «Keşlə»ni qəbul etdi və üstün oyunu ilə 3:1 hesablı qələbə qazandı.

«Ağ-qaralar»ın heyətndə qol pərdəsini 11-ci dəqiqədə aralayan Baqali Dabonun bir hərəkəti sosial şəbəkələri həoəkətə gətirib.

Belə ki, fransalı hücumçu fərqləndiyi epizoddan sonra bir əliylə əliylə ağzını qapadıb, digər əlini gicgahına aparıb. Bu, «mən susuram, sizin isə başınız çatmır» mənasına gəlir.

Sosial şəbəkə istifadəçilərindən bir qrupa görə, bu, klub rəhbərliyinə ünvanlanmış jestdir. Belə ki, Dabonun son vaxtlar «Neftçi» rəsmiləri ilə münasibətlərinin korlanmasına dair çoxsaylı xəbərlər yayılıb.

Roberto Bordinlə də problem yaşamış fransız qolçuyla Ceyhun Sultanovun yola getmədiyi deyilir. Səbəb kimi idman direktorunun onu tez-tez danlaması göstərilir.

Digər Xəbərlər
Xəbər Lenti