"Neftçi"nin idman direktoru: "Nəyi var, məmnunuq"

6 Yanvar 2020 11:00 Neftçi 1 117
"Neftçi"nin idman direktoru: "Nəyi var, məmnunuq"

"Biz keçən il də orada olmuşuq və razı qalmışıq". Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin idman direktoru Ceyhun Sultanov deyib.

Qış hazırlığını Türkiyədə keçirəcək "Neftçi" Antalyaya yanvarın 11-də yollanacaq. Robetro Bordinin komandası yanvarın 25-nə qədər qardaş ölkədə təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama oyununda gücünü sınayacaq.

Ölkənin ən imkanlı iki klubundan birinin otel seçimi ilə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. "Ağ-qara" klub Antalyada yox, bu şəhərdən 70 km aralıda yerləşən Side bölgəsindəki ucuz otellərdən birini seçib. Məhz idman direktoru Ceyhun Sultanovun istəyi ilə.

Məsələ burasındadır ki, bölgədəki otelin icarədarı Sultanovun yaxın dostudur. Xeyiri dostuna verən Ceyhun bəyin bu addımı həm də otelin "Neftçi"yə kifayət qədər ucuz başa gəlməsiylə nəticələnib.

İdman direktoru bu haqda saytımıza aşağıdakılara söyləyib: "Bu məkanı seçməyimizdən nəyi var, məmnunuq. Ucuzlu yer deyil, normal oteldir. Şəraiti hamısından yaxşıdır. Amma deyirəm ki, sizin yazdıqlarınız mənim üçün qətiyyən maraqlı deyil".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!