"Neftçi" ilə oyun "Qarabağ"ın xeyirinə olacaq" - STANKOVİÇ

27 Oktyabr 2019 20:50 Neftçi 740
"Neftçi" ilə oyun "Qarabağ"ın xeyirinə olacaq" - STANKOVİÇ

"Neftçi"nin müdafiəçisi Voyislav Stankoviç Premyer Liqanın IX turunda səfərdə "Sumqayıt"ı 4:2 hesabı ilə udduqları oyundan sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Oyun haqda nə deyə bilərsiz?

- Matça ciddi hazırlaşmışdıq. Bilirdik ki, asan olmayacaq. "Sumqayıt" yaxşı komandadır. Son 2-3 oyunu yaxşı keçirmişdilər. Oyuna pis başladıq. Nəticə hakim qapımıza penalti təyin etdi. Hesabda geri düşdükdən sonra xarakter göstərdik. Qısa vaxt ərzində 2 qol vurduq. Düşünürəm ki, qələbəyə layiq idik.

- Penalti epizodunu necə şərh edərdiz? Həmin vaxt konsentrasiyanı itirdiz?

- Xeyr, sadəcə, ikili mübarizə idi. Nədənsə hakim penalti nöqtəsini göstərdi. Bu qədər.

- Epizodu gördüz?

- Xeyr, mən görmədim.

- Ardıcıl 4-cü qələbənizi qazandız. Demək olarmı ki, "Neftçi" qayıdır?

- Əlbəttə, demək olar. Oyundan-oyuna daha yaxşı forma yığırıq. İnamlı oynayırıq və qollar vururuq. Düşünürəm ki, daha yaxşı oynamaq lazımdır. Potensialımızı artırmalıyıq.

- Növbəti oyun "Qarabağ"a qarşı olacaq...

- Hə, əsl derbi olacaq. Oyuna maksimum dərəcədə yaxşı hazırlaşacağıq. Meydana döyüşmək üçün çıxacağıq. Ümid edirəm ki, qalib gələcəyik.

- Çempionatın startında niyə belə oynamırdız?

- Hər bir komandada pis dövr olur. Bizdə də belə alındı. Avrokuboklara yaxşı başlasaq, çempionatın startı pis oldu. Artıq vəziyyəti dəyişə bilmişik. Bundan sonra daha yaxşı oynayacağıq.

- "Qarabağ" "Neftçi" ilə oyundan sonra çətin APOEL səfərinə yollanacaq. Bəlkə də çempionat görüşünə çox güc sərf etməyəcək. Bu mənada, qarşıdakı matçda sizin favorit olduğunuzu söyləmək olarmı?

- Xeyr, mən belə düşünmürəm. Əksinə, bizimlə matç "Qarabağ"ın xeyirinə olacaq. Bu, avrokubok matçı öncəsi yaxşı oyun praktikası deməkdir. "Qarabağ" artıq belə şeylərə hazırdır. 3-4 gündən bir oyun keçirirlər. Ehtiyat oyunçular skamyası genişdir. Yaxşı futbolçuları var. Ona görə də bunu üstünlük hesab etmirəm.

- Roberto Bordin tez-tez heyətdə rotasiyalar edir. Müdafiədə gah Anton, gah Petrov, gah da Mbodjla yanaşı oynayırsız. Bu, sizə çətinlik yaratmır?

- Buna baş məşqçi qərar verir. Mən futbolçuyam, işim meydana çıxıb oynamaqdır. Kiminlə yanaşı oynamağımın heç bir fərqi yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!