Samir Abasov "Neftçi"də aranı qatdı, futbolçulara elə söz dedi ki…

19 May 2022 10:40 Neftçi 1 907
Samir Abasov "Neftçi"də aranı qatdı, futbolçulara elə söz dedi ki…

Premyer Liqanın 27-ci turunda «Zirə»yə 0:1 hesabıyla məğlub olan «Neftçi»nin düşərgəsində qalmaqal yaşanıb.

Yenilgiyi qəbul etməyən baş məşqçi Samir Abasov matçdan sonra paltardəyişmə otağını bir-birinə qatıb.

Əsəbdən özünə yer tapmayan çalışdırıcı futbolçuların üstünə qışqırıb və bununla da kifayətlənməyərək, «kişi deyilsiz» ifadəsini işlədib.

Təbii ki, onun söylədikləri cavabsız qalmayıb. Komanda üzvlərindən bəzisi yerindən qalxaraq, baş məşqçiyə cavab qaytarıb. O

nlardan Azər Əliyev isə Samir Abasovla eyni tonda danışıb, «bəsdir, hamımızı boğaza yığmısan» söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!