"Neftçi"nin qismətində bu var imiş…

9 May 2022 11:00 Neftçi 1 195
"Neftçi"nin qismətində bu var imiş…

"Neftçi" Azərbaycan Premyer Liqasının 2021/22 mövsümünü gümüş medalla başa vuracaq.

Sportinfo.az xəbər verir ki, ötənilki çempionun bu dəfə mövsümü 2-ci pillədə tamamlayacağı dəqiqləşib.

XXVI turun "Qarabağ" - "Zirə" matçının nəticəsi "ağ-qaralar"ı çempionatın ikincisi edib. Çempionluğu rəsmiləşdirən ağdamlıların rəqiblə bərabərə qalması "Neftçi"ni 3-cü pillədəki "Zirə" üçün əlçatmaz edib.

Qalan iki görüşdə Rəşad Sadıqovun yetirmələri maksimum nəticə göstərsə belə, bakılılara çata bilməyəcək.

Hazırda "Neftçi"nin aktivində 50, "Zirə"də isə 43 xal var. Hətta "Zirə"nin qarşıdakı turda Samir Abasovun kollektivinə qalib gəlməsi də heç nəyi dəyişməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!