“Neftçi”nin futbolçusunun DAVA ETMƏSİNİN SƏBƏBİ bəlli oldu

12 Oktyabr 2021 18:00 Neftçi 1 048
“Neftçi”nin futbolçusunun DAVA ETMƏSİNİN SƏBƏBİ bəlli oldu

Oktyabrın 9-da “Neftçi”ylə “Qəbələ” arasında baş tutan yoldaşlıq görüşünün (1:1) ikinci hissəsində ara qarışdı.

Kifayət qədər maraqlı oyuna tamaşa etdiyimiz anda “Neftçi”li Sezar Meza Kolli ilə “Qəbələ”li İsnik Alimi arasında gərginlik yaşandı.

İsnik Sezara nə etmişdisə, nə demişdisə, paraqvaylı özünə gələ bilmirdi.

Əsəbdən özünə yer tapmayan Meza Kolli rəqibin üzünə sillə vurunca, baş hakim Farid Hacıyev “10 nömrə”ni meydandan qovdu, Alimiyə sarı vərəqə göstərdi.

Ardınca digər futbolçular arasında da müəyyən gərginlik yaşandı. Gərginliyin hardan qaynaqlandığını öyrənmək üçün hər iki futbolçu ilə əlaqə saxlasaq da, səbəbkarların heç biri hadisə haqda məlumat vermədi.

Belədə, həmin an olay yerində olan adının çəkilməsini istəməyən futbolçulardan biri ilə söhbətdə məsələyə aydınlıq gətirdik. Məlum oldu ki, epizodların birində Alimi Sezarın üzünə zərbə endirib.

Lakin makedoniyalı bunu bilməyərkən edib. Belə deyək, ikili mübarizələrdə gördüyümüz anlardan biri yaşanıb. Meza Kolli rəqibin onu qəsdən vurduğunu düşünərək, özündən çıxıb. Gerisi məlumdur.

Oyun başa çatandan sonra hər iki futbolçu bir-biri ilə əl sıxıb, meydanda yaşananları unutmağa çalışıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti