Millidəki problemin səbəbini dedi: “Bizi məcbur edir ki...”

11 Oktyabr 2021 20:20 Neftçi 892
Millidəki problemin səbəbini dedi: “Bizi məcbur edir ki...”

"Biz buna görə çox qol imkanı yarada bilmirik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudov işlədib.

O, DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda yer alan millinin çox qol vura bilməməsini müdafiədən oynamaları ilə əlaqələndirib:

“Oyun ərzində ələ düşən imkanlardan maksimum istifadə etməliyik. Bəzi məqamlarda keyfiyyət, bəzi anlarda isə soyuqqanlılıq çatmır.

Təbii ki, biz də istəyirik daha çox irəlidə olaq, hücum futbolu oynayaq. Sadəcə, rəqiblərin güclü olması bizi məcbur edir ki, oyunu müdafiədən quraq".

Digər Xəbərlər
Xəbər Lenti