"Neftçi"nin kapitanı verdiyi bu qərara indi təəssüflənir

9 Oktyabr 2021 20:40 Neftçi 1 284
"Neftçi"nin kapitanı verdiyi bu qərara indi təəssüflənir

"Futbol həyatımdakı ən böyük arzum top-ölkələrdən birinin çempionatında oynamaqdır.

Amma etiraf edək ki, yaş ötdükcə bu arzu, istək məndən məndən bir qədər də uzaqlaşır".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov karyerası ilə bağlı danışarkən deyib.

29 yaşlı yarımmüdafiəçi bildirib ki, heç nə üçün gec olmasa da, reallığı qəbul etmək lazımdır:

"Çox çətindir. Bir qədər də açıq danışsaq, futbolla əlaqədar elə də çox xəyal qurmuram. Sadəcə, "Spartak"dan tez getdiyimə təəssüflənirəm.

Bir az da qala bilərdim. Həyatda isə əsas arzularımdan biri Həcc ziyarətinə getməkdir".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!