"Neftçi"yə yeni gələn braziliyalı: "Bu, məni ikiqat xoşbəxt edir"

21 Sentyabr 2021 12:40 Neftçi 948
"Neftçi"yə yeni gələn braziliyalı: "Bu, məni ikiqat xoşbəxt edir"

“Ağ-qara formada meydana çıxdığım ikinci oyunda qol hesabımı açdığım üçün çox xoşbəxtəm”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin yeni legioneri Ramon Maçado deyib.

Braziliyalı hücumçu Premyer Liqanın IV turunun “Keşlə” ilə oyunu (3:0) barədə fikirlərini klubun rəsmi saytına açıqlayıb. O, matçda vurulan ikincin qola imza atması ilə bağlı təəssüratlarını da açıqlayıb:

“Bu qolun komandamın qələbəsində rol oynaması məni ikiqat xoşbəxt edir. Qolları sıralamaq üçün öz üzərimdə daha çox çalışacağam.

Təkcə qollarımla deyil, oyunumla, ötürmələrimlə də faydalı olmaq istəyirəm.

Komandamızın imza atdığı 3-cü qol epizodunda mən də fərqlənə bilərdim, amma həmin an daha əlverişli mövqedə olan Mirabdullaya ötürmə verdim.

Nəticədə top rəqib futbolçudan İsmayıla qayıtdı ki, o da topu qapıdan keçirdi”.

“Neftçi” növbəti turda sentyabrın 26-da “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!